logo

Ceyhun Bayramov Vaşinqtonda ABŞ-ın Dövlət katibi və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

13:32 20-10-2020 | icon 1652
Ceyhun Bayramov Vaşinqtonda ABŞ-ın Dövlət katibi və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

 YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.