logo

Sabah Bakıda yağış yağacaq, 19° isti olacaq

12:55 20-10-2020 | icon 1855
Sabah Bakıda yağış yağacaq, 19° isti olacaq

Azərbaycanda oktyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunundan 772 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Oktyabrın 21-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 12-17° isti olacağı ehtimal edilir.