logo

Bu gun Çempionlar Liqasının qrup mərhələsinə start verilir

10:23 20-10-2020 | icon 2534
Bu gun Çempionlar Liqasının qrup mərhələsinə start verilir

Oktyabrın 20-də  UEFA Çempionlar Liqasının qrup mərhələsi oyunları start götürəcək.

YeniAvropa xəbər verir ki, birinci turun ilk oyun günündə səkkiz qarşılaşma baş tutacaq.

Türkiyə çempionu “Başakşəhər” səfər sınağına çıxacaq. H qrupunda mübarizə aparan İstanbul klubu Almaniyada “Leypsiq”lə üz-üzə gələcək.

Qrupun digər matçında PSJ “Mançester Yunayted”i qəbul edəcək. 

E qrupunda “Çelsi” “Sevilya”nı, “Renn” “Krasnodar”ı sınağa çəkəcək. F qrupunda “Latsio” Dortmund “Borussiya”sı, “Zenit” isə “Brügge” ilə üz-üzə gələcək. 

Çempionlar Liqasının qrup mərhələsinə start verilir - AFİŞA

G qrupunda “Yuventus” Kiyev “Dinamo”sunun qonağı olacaq. “Barselona” “Ferensvaroş”la ev matçına çıxacaq.

Qeyd edək ki, turun digər 8 qarşılaşması oktyabrın 21-də keçiriləcək.


20 oktyabr

E qrupu

23:00. “Çelsi” (İngiltərə) – “Sevilya” (İspaniya)

23:00. “Renn” (Fransa) – “Krasnodar” (Rusiya)

F qrupu

20:55. “Zenit” (Rusiya) – “Brügge” (Belçika)

23:00. “Latsio” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)

G qrupu 
20:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Yuventus” (İtaliya)

23:00. “Barselona” (İspaniya) – “Ferensvaroş” (Macarıstan)

H qrupu 
23:00. PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə)

23:00. “Leypsiq” (Almaniya) – “Başakşəhər” (Türkiyə)