logo

Türkiyə Böyük Millət Məclisinin sədri Milli Məclisin iclasında çıxış edir

11:12 20-10-2020 | icon 1652
Türkiyə Böyük Millət Məclisinin sədri Milli Məclisin iclasında çıxış edir

Oktyabrın 20-də Milli Məclisinin payız sessiyasının növbəti iclası oz işinə başlayıb. 

YeniAvropa xəbər verir ki,iclasda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop da iştirak edir.

Bu dəqiqələrdə TBMM-in sədri Mustafa Şentop iclasda çıxış edir.

Qeyd edək ki, parlamentin bugünkü iclasının gündəliyinə  “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa dəyişiklik layihəsi ikinci oxunuşda, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik layihəsi isə birinci oxunuşda müzakirəsi daxil edilib.