logo

İranda daha 337 nəfər koronavirusdan həyatını itirib

17:10 19-10-2020 | icon 2436
İranda daha 337 nəfər koronavirusdan həyatını itirib

İranda koronavirusa yoluxaraq ölənlərin sayında kəskin artım müşahidə edilir. Bu günə olan məlumata görə İranda 4 min 251 nəfər koronavirusa yoluxub, 337 nəfər isə vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 534 min 631 nəfər, ölənlərin sayı isə 30 min 712-ə çatıb.

Müalicəsi davam edən 4 min 771 çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 431 min 360 nəfər sağalaraq evə buraxılıb.

Tehran daxil olmaqla İranın 5 böyük şəhərinə müvəqqəti olaraq giriş-çıxış qadağan edilib.