logo

İlham Əliyev: Ermənistan çox yanlış yoldadır

16:53 19-10-2020 | icon 1785
İlham Əliyev: Ermənistan çox yanlış yoldadır

Əgər Türkiyə açıq mövqe göstərməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi.

 YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir”, - deyə dövlət başçısı vurğulayıb.