logo

Mustafa Şentop: Azərbaycanın uğuru, müvəffəqiyyəti üçün dua edirik

16:13 19-10-2020 | icon 1771
Mustafa Şentop: Azərbaycanın uğuru, müvəffəqiyyəti üçün dua edirik

Biz təmsilçilik səviyyəsi yüksək olan bir heyətlə gəldik, dəstəyimizi ifadə etmək istədik. Bunu Türkiyədə hər zaman deyirik, Tovuz hücumlarında da Məclisimizdə dörd siyasi partiya bir açıqlama vermişdi, 27 sentyabrdan sonra da bir daha açıqlama verdi. Amma bütün bunları bir də Bakıda təkrarlamaq, söyləmək istədik. Millətimizin də dəstək və duaları daim Azərbaycanladır, Sizinlədir. Azərbaycanın uğuru, müvəffəqiyyəti üçün dua edirik, o sevindirici xəbərləri aldıqca da bütün millət olaraq sevinirik. Allah müvəffəq etsin, zəfər nəsib etsin.

 YeniAvropa xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.

Türkiyənin Azərbaycana dəstəyinin təməlində dostluq və qardaşlıq dayandığını vurğulayan Mustafa Şentop deyib: “Zati-aliləri, Sizin də dediyiniz kimi, dünyada Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına bənzər ikinci ölkə yoxdur. “Bir millət, iki dövlət” deyirik. Bunun tarixi əsasları var. Axşam Şəhidlər xiyabanında idik, orada Türkiyədəki 34 vilayətimizdən şəhidlər var, onlar burada uyuyurlar, adları məzar daşlarında var. Biz Türkiyə olaraq Azərbaycanın çətin günündə burada - Azərbaycanın yanında olmuşuq, onun kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir. Bu, həm də sizin üçün eynidir. Siz Yunanıstan səfirini qəbul edərkən verdiyiniz açıqlama Türkiyədə çox böyük diqqətlə, sevinclə izlənildi və çox yüksək dəyərləndirildi”.

Mustafa Şentop qeyd edib ki, Türkiyənin Azərbaycana dəstəyi təkcə dostluqla bağlı deyil. Bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir. Dağlıq Qarabağ tarix boyunca, yüz illərlə həmişə Azərbaycan torpağı, Azərbaycan Vətəninin bir hissəsi olub. “Sovet dövründə də, Çar Rusiyası dövründə də belə olub. Azərbaycan beynəlxalq hüquq baxımından da haqlıdır”, - deyə Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb.