logo

Türkiyə Azərbaycanı sonadək dəstəkləməkdə qətiyyətlidir

13:10 19-10-2020 | icon 1673
Türkiyə Azərbaycanı sonadək dəstəkləməkdə qətiyyətlidir

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə həmişə Azərbaycanın yanındadır və qardaş dəstəyini daim davam etdirəcək. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, Azərbaycanın bir hissəsidir. Türkiyə dövləti haqlı mübarizəsində sonadək Azərbaycanı dəstəkləməkdə qətiyyətlidir. Bunu hər dəfə, hər yerdə demişik və Bakıda da təkrar ifadə edirik.

 YeniAvropa xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

Türkiyə parlamentinin sədri işğal altındakı Azərbaycan ərazilərinin azad edilməsi uğrunda şəhid olan Azərbaycan əsgərlərinə, eyni zamanda, həlak olan mülki vətəndaşlara Allahdan rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.