logo

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə çağırış etdi

11:09 19-10-2020 | icon 1631
Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə çağırış etdi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya daxil olan müraciətdə qeyd edilib ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.

"Bildiririk ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".