logo

Hikmət Hacıyev: Atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

10:07 19-10-2020 | icon 1624
Hikmət Hacıyev: Atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00:00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün rəsmi “Twitter” hesabında yazıb:

“5 bölgəyə 229 mərmi atılıb: Tərtərə 160, Ağdama 63, Goranboya 6;

- 3 raket hücumu: 1-i Xızı rayonuna, 2-si isə Ağcabədidəki Poladlı kəndinə;

- 1 dron hücumu olub”.