logo

İlham Əliyev: Ermənistan atəşkəs rejimini kobudcasına pozub

09:54 19-10-2020 | icon 1582
İlham Əliyev: Ermənistan atəşkəs rejimini kobudcasına pozub

Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” hesabında bildirib.

Dövlət başçısı qeyd edib ki, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var: “Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib”.