Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə yerləşdirdiyi xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilir.
YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, nazirliyin təqdim etdiyi videogörüntülərdə Azərbaycan Ordusunun zirehli texnikasının və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunur.
Videonun son kadrlarında düşmən səngərlərini tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərinin irəliləməsi aydın görünür.