logo

Müdafiə Nazirliyi: Ermənistan dövlət sərhədində də atəşkəsi pozub

10:55 18-10-2020 | icon 1764
Müdafiə Nazirliyi: Ermənistan dövlət sərhədində də atəşkəsi pozub

Ermənistan Azərbaycan ilə dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.