logo

Azərbaycan və Türkiyənin XİN başçıları Gəncədəki erməni terrorundan danışdılar

22:20 17-10-2020 | icon 1946
Azərbaycan və Türkiyənin XİN başçıları Gəncədəki erməni terrorundan danışdılar

Oktyabrın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Qeyd edilib ki, telefon danışığı zamanı nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın Gəncəni qəddarcasına raket atəşinə tutmasını beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.

Nazir Mövlud Çavuşoğlu Ermənistanın mülki şəxsləri hədəfə alınmasını şiddətlə qınayıb, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.

Ceyhun Bayramov hər zaman Azərbaycanın yanında olduğu və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini dəstəklədiyi üçün qardaş Türkiyəyə təşəkkürünü bildirib.