logo

Erkan Ozoral:Qarşımızda insanlıqdan nəsibini almamış, xain, alçaq, təcavüzkar düşmən var

20:17 17-10-2020 | icon 2128
Erkan Ozoral:Qarşımızda insanlıqdan nəsibini almamış, xain, alçaq, təcavüzkar düşmən var

Azərbaycan bu günlərdə ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüquqa, müharibə qayda-qanunlarına, insan haqlarına uyğun şəkildə haqlı mübarizə aparmaqdadır. Azərbaycan Ordusunun qazandığı qələbələrlə, işğaldan xilas etdiyi şəhərlərlə bizlər də qürur duyuruq. Lakin təəssüf ki, qarşımızda insanlıqdan nəsibini almamış, xain, alçaq, təcavüzkar düşmən var. Əlbəttə ki, onlara da lazımi dərslər veriləcək.

 YeniAvropa xəbər verir ki, bu fikri oktyabrın 17-də Gəncədə yerli sakinlərlə görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral deyib.

0-6

“Bu müharibədə şübhəsiz ki, Gəncənin ayrı bir yeri olacaq. Bu müharibənin tarixi yazılarkən Gəncənin, Azərbaycanın digər şəhərlərinin məruz qaldığı hücumlarla bağlı da mütləq ayrıca bir səhifə açılacaq. Bu günə qədər verdiyimiz şəhidlərimizin bu səhifədə xüsusi yeri olacaq. Bütün şəhidlərimiz, Gəncədə həyatını itirən dinc bacı-qardaşlarımız, Tərtərdə, Bərdədə, Ağdamda, Goranboyda xain, alçaq hücumun qurbanı olan bacı-qardaşlarımız üçün Azərbaycan xalqına başsağlığı verir, yaralılarımıza tezliklə sağalmalarını diləyirəm. Onu da bildirmək istəyirəm ki, Türkiyə bütün imkanları ilə bu haqlı mübarizəsində sonuna qədər Azərbaycanın yanında olacaqdır. Başınız sağ olsun, Allah rəhmət eləsin! Allah əsgərlərimizə qüvvət versin!”, - deyə Türkiyə səfiri bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncənin mərkəzi hissəsinə raket zərbəsi nəticəsində 14 nəfər həlak olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var. Axtarış-xilasetmə əməliyyatları davam edir.