logo

Daha 34 şagird koronavirusa yoluxub

17:46 17-10-2020 | icon 6335
Daha 34 şagird koronavirusa yoluxub

Ümumi təhsil müəssisələrində koronavirusa (COVID-19) yoluxma halları ilə bağlı son vəziyyət açıqlanıb.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, 7 şagirdin və 6 işçinin bədən hərarəti 37 dərəcədən yuxarı olub. Həmçinin 34 şagird, işçi heyətdən isə 21 nəfər koronavirusa yoluxub. 2 məktəbdə və 7 sinifdə dərslər təhsilin distant formasına keçirilib.

Xatırladaq ki, respublika üzrə 49 məktəbdə və 72 sinifdə koronavirusa yoluxma hallarına görə distant təhsilə keçid edilib.