logo

İranın Azərbaycandakı səfirliyi Gəncəyə raket hücumunu pisləyib

17:20 17-10-2020 | icon 1939
İranın Azərbaycandakı səfirliyi Gəncəyə raket hücumunu pisləyib

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyib.

 YeniAvropa xəbər verir ki, bu barədə səfirlikdən bildirilib. Mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, səfirlik həlak olanların ailələrinə başsağlığı, yaralananlara şəfa diləyir və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayır. Bildirilir ki, bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır.