logo

8 ayda Azərbaycanda 2252 əkiz, 75 üçəm, 4 dördəm doğulub

14:47 17-10-2020 | icon 1946
8 ayda Azərbaycanda 2252 əkiz, 75 üçəm, 4 dördəm doğulub

Yanvar-avqust ayları ərzində Azərbaycanda 82 min 783 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,4 təşkil edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrin 2252-si əkiz, 75-i üçəm, dördü isə dördəmdir.

Səkkiz ay ərzində ölkədə 42 min 475 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib.