logo

Zelenski Türkiyəyə rəsmi səfərə gəlib

15:58 16-10-2020 | icon 2359
Zelenski Türkiyəyə rəsmi səfərə gəlib

Oktyabrın 16-da Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə rəsmi səfər edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, səfər çərçivəsində Ukrayna prezidenti İstanbulda Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Media üçün qapalı keçirilən görüş əsnasında regional və beynəlxalq problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, müdafiə sektoru və sərbəst ticarət, mövcud əməkdaşlıq əlaqələrinin inkişafı məsələlərinin müzakirəsi, eləcə də iki ölkə arasında hərbi əməkdaşlıq müqaviləsinin imzalanması gözlənilir.