logo

Ermənilər Naxçıvan ərazisinə raket atdı

13:08 16-10-2020 | icon 1771
Ermənilər Naxçıvan ərazisinə raket atdı

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.