logo

Yaşı 65-dən yuxarı olan müəllimlər tədris prosesindən kənarlaşdırılıb

12:29 16-10-2020 | icon 280
Yaşı 65-dən yuxarı olan müəllimlər tədris prosesindən kənarlaşdırılıb

Respublika ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində yaşı 65-dən yuxarı olan əməkdaşlar tədris prosesindən kənarlaşdırılıb. Onların fəaliyyəti əvəzlənib.

 YeniAvropa xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın oktyabrın 16-da keçirilən brifinqində deyib.

Nazir bildirib ki, ali təhsil müəssisələrində yaşı 65-dən yuxarı olan müəllimlərin sayı daha çoxdur. Lakin onlar onlayn tədrisə cəlb oluna bilərlər.