logo

İranlı diplomat Belçikada həbs edilib

16:10 15-10-2020 | icon 2345
İranlı diplomat Belçikada həbs edilib

Belçikada iranlı diplomatın həbs edilməsi 1961-ci ildə imzalanan Vyana Konvensiyasının kobud surətdə pozulmasıdır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib. O bildirib ki, iranlı diplomat Əsədulla Əsədiniyə qarşı Belçikada terror aktı törətməyə cəhd göstərmək ittihamı irəli sürülüb. Bu ittihamın heç bir əsası yoxdur.

S.Xətibzadə diqqətə çatdırıb ki, rəsmi Tehran diplomatın azad olunmasını tələb edir.

İranın Belçikadakı səfirliyi də bəyanatla çıxış edib. Bəyanatda iranlı diplomatın həbs edildiyi təsdiqlənir. Lakin onun terror aktı törətməyə cəhddə ittiham edilməsinin yalan olduğu bildirilir.