logo

İranda koronavirusdan ölənlərin sayı 30 minə yaxınlaşır

12:13 15-10-2020 | icon 2331
İranda koronavirusdan ölənlərin sayı 30 minə yaxınlaşır

İranda koronavirusdan ölənlərin sayında kəskin artım olub. Son sutka ərzində İranda 4 min 616 nəfər koronavirusa yoluxub, 256 nəfər isə vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 517 min 835 nəfər, ölənlərin sayı isə 29 min 605-ə çatıb.

Müalicəsi davam edən 4 min 671 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 418 min 54 nəfər sağalaraq evə buraxılıb.