logo

Kanat İsayev Qırğızıstan parlamentinin sədri seçilib

22:41 13-10-2020 | icon 2653
Kanat İsayev Qırğızıstan parlamentinin sədri seçilib

Bu gün axşam saatlarında Qırğızıstan parlamenti-Joqorku Keneşin növbədənkənar iclası keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Joqorku Keneşdəki “Qırğızıstan” fraksiyasından Kanat İsayev Qırğızıstan parlamentinin sədri seçilib.

Kanat İsayevin lehinə parlamentin 78 üzvü səs verib.

Xatırladırıq ki, oktyabrın 6-da parlamentin bundan əvvəlki sədri Dastan Cumabekov ölkədə baş verən kütləvi etirazlar fonunda istefa vermişdi.

Belə ki, oktyabrın 4-də  Qırğızıstanda parlament seçkiləri keçirilib. Seçici fəallığı 56,5% olub. Qanunverici orqana 16 siyasi partiyadan 4-ü daxil ola bilib: “Birimdik” (“Birlik”), “Mekenim Kırqızıstan” (“Doğma Qırğızıstan”), “Kırqızıstan” (“Qırğızıstan”), “Butun Kırqızıstan” (“Vahid Qırğızıstan”).

Seçkilərin nəticələri elan olunduqdan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Müxalifət tərəfdarları seçkilərin saxtalaşdırıldığını iddia ediblər. Nəticədə baş nazir Kubatbek Boronov istefa verib.