logo

Azərbaycan-Kipr oyununda qalib müəyyənləşməyib

21:50 13-10-2020 | icon 2352
Azərbaycan-Kipr oyununda qalib müəyyənləşməyib

Futbol üzrə UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümü çərçivəsində keçirilən Azərbaycan-Kipr oyunu başa çatıb.

YeniAvropa xəbər verir ki, Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.

Qeyd edək ki, hesabında 9 xal Monteneqro millisi qrupa liderlik edir. Lüksemburq 6 xalla ikinci, Azərbaycan isə 4 xalla üçüncü pillədə qərarlaşıb. Kipr seçməsi isə 1 xalla qrupda sonuncudur.

Qrupun digər oyununda bu gün Bakı vaxtı ilə saat 22:45-də Monteneqro millisi Lüksemburq yığmasını qəbul edəcək.