logo

Azərbaycan-Kipr matçı başlayır

19:57 13-10-2020 | icon 301
Azərbaycan-Kipr matçı başlayır

UEFA Millətlər Liqasının IV turu çərçivəsində bir neçə dəqiqədən start fiti çalınacaq Azərbaycan-Kipr  matçının komandaların start heyətləri açıqlanıb.

YeniAvropa xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”də çıxacaqlar:

Azərbaycan: 12. Şahrudin Məhəmmədliyev, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 13. Abbas Hüseynov 3. Azər Salahlı, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 20. İsmayıl İbrahimli, 11. Ramil Şeydayev, 22. Rəhim Sadıxov, 6. Vüqar Mustafayev

Kipr: 1. Dimitris Dimitriou, 3. Xristos Uiler, 19. Konstantinos Laifis, 2. Andreas Karo, 7. Minas Antoniu, 20. Qriqoris Kastanos, 18. Kostakis Artimatas, 8. Xaralambos Kiriaku, 21. Marinos Tzionis, 9. Dmitris Kristofi, 10. Pieros Sotiryu

Qeyd edək ki, Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyun neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda keçirilir.

Komandamız Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq oyuna qara sarğı ilə çıxacaq.

Bunadək qrupda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olan yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb. Kiprlilərin isə xalı yoxdur. Azərbaycan millisi yeganə qələbəsini ikinci turda səfərdə Kipr üzərində əldə edib - 1:0.

Azərbaycan millisi bu görüşə ciddi itki ilə çıxacaq. Komandanın heyətində cəzalı Bədavi Hüseynovun oyunu buraxacağı dəqiqdir. Kapitan Maksim Medvedev, hücumçu Əli Qurbani və müdafiəçi Təmkin Xəlilzadənin isə forma geyinməsi sual altındadır.