logo

İranda bir gündə koronavirusdan 254 nəfər öldü

18:08 13-10-2020 | icon 2303
İranda bir gündə koronavirusdan 254 nəfər öldü

İranda koronavirusa yoluxaraq ölənlərin sayında kəskin artım olub. Bu günə olan məlumata görə İranda 4 min 108 nəfər koronavirusa yoluxub, 254 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 508 min 389 nəfər, ölənlərin sayı isə 29 min 70-ə çatıb.

Müalicəsi davam edən 4 min 533 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 411 min 840 nəfər sağalaraq evə buraxılıb.