logo

Ermənistanın “Malış” ləqəbli terrorçusu da Qarabağda məhv edildi

11:55 13-10-2020 | icon 2023
Ermənistanın “Malış” ləqəbli terrorçusu da Qarabağda məhv edildi

Sentyabrın 27-dən Azərbaycanın Qarabağ bölgəsində başlayan döyüşlərdə tanınmış erməni terrorçu, “Malış” ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə ermənilər sosial şəbəkədə məlumat paylaşıblar. Qeyd edilib ki, terrorçu oktyabrın 9-da məhv edilib.

Məlumata görə, 1973-cü il təvəllüdlü M. Arutyunyan hələ 1991-1994-cü illərdə, eləcə də 2016-cı il Aprel hadisələri zamanı işğalçı Ermənistan ordusunun tərkibində vuruşub.