logo

Aİ-yə üzv dövlətlər Moskva razılaşmasını müzakirə edəcəklər

11:54 12-10-2020 | icon 1897
Aİ-yə üzv dövlətlər Moskva razılaşmasını müzakirə edəcəklər

Bu gün Avropa İttifaqı üzv dövlətlərinin xarici əlaqələr qurumlarının rəhbərləri ilə iclasda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Moskvada humanitar məqsədlər üçün atəşkəsə dair razılaşma ilə nəticələnən danışıqlar da daxil olmaqla Dağlıq Qarabağdakı münaqişənin müzakirə edilməsi planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə “Euronews” məlumat verib.

Telekanalda yayılan xəbərdə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Gəncə hadisəsi ilə bağlı sözlərini sitat gətirilib: “Bu, erməni siyasi liderləri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım aktıdır. Humanitar məqsədlər üçün atəşkəs elan edən sənəd var. Növbəti gün isə Ermənistan silahlı qüvvələri Gəncədə əhalinin sıx məskunlaşdığı bölgəyə raket hücumu həyata keçirir. Bu, hərbi cinayətdir. Və bu bir daha erməni tərəfinin riyakarlığını nümayiş etdirir”.

Bununla yanaşı Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı təmas xəttinin cənub hissəsindəki bir neçə yaşayış məntəqəsini nəzarəti altına ala bildiyi qeyd olunub.