logo

Emoməli Rəhmon 5-ci dəfə Tacikistanda prezidenti olmaq istəyir

09:30 11-10-2020 | icon 2702
Emoməli Rəhmon 5-ci dəfə Tacikistanda prezidenti olmaq istəyir

Oktyabrın 11-də Tacikistanda növbəti prezident seçkiləri keçirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Tacikistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının məlumatına görə, ölkə üzrə 68 seçki dairəsi yaradılıb.

Səhər saat 6:00-da 3375 seçki məntəqəsində səsvermə başlayıb. Seçki siyahılarına təxminən 4,9 milyon seçicinin adı salınıb. Seçkilərdə Emoməli Rəhmon Tacikistan Xalq Demokratik Partiyasını, Rustam Latifzoda Tacikistan Aqrar Partiyasını, Abduxalim Qafforzoda Tacikistan Sosialist Partiyasını, Rustam Raxmonzoda Tacikistan İqtisadi İslahatlar Partiyasını və Miroc Abdulloev Tacikistan Kommunist Partiyasını təmsil edir.

Tacikistanın müstəqilliyi dövründə bu, altıncı prezident seçkisiidir. Bunun dördündə Tacikistan Xalq Demokratik Partiyasından hazırkı Prezident Emoməli Rəhmon qalib gəlib.

Tacikistan qanunlarına görə, seçicilərin 50 faizi səsvermə məntəqələrinə gəldikdə seçkilər baş tutmuş hesab olunur. Ölkədə prezident 7 il müddətinə seçilir. İlkin nəticələr seçkilər başa çatdıqdan sonra 24 saat müddətində elan olunur.