logo

Sadır Japarov Qırğızıstanın yeni baş naziri seçilib

22:20 10-10-2020 | icon 2177
Sadır Japarov Qırğızıstanın yeni baş naziri seçilib

Oktyabrın 10-da axşam saatlarında Qırğızıstan parlamenti-Joqorku Keneşin növbədənkənar iclası keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, iclasın əvvəlində Joqorku Keneşin bir neçə gün əvvəl seçilmiş sədri Maktıbek Abdıldayev istefa verdiyini bildirib. O deyib ki, iclası sədrin müavini Mirlan Bakiyev idarə edəcək.

Sonra Qırğızıstanın baş naziri vəzifəsinə Sadır Japarovun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Sadır Japarov ölkənin baş naziri seçilib.

İclasda, həmçinin hökumətin proqramı, strukturu və tərkibi təsdiq olunub.

Sadır Japarov çıxışında bildirib ki, bu gün prezident Sooronbay Jeenbekovla görüşüb, yaranmış vəziyyət təhlil edilib. Onun sözlərinə görə, dövlət başçısı deyib ki, ölkənin baş naziri seçiləndən və hökumət formalaşdıqdan sonra istefaya getməyə hazırdır.

Sadır Japarov deyib ki, bu gün baş nazirin müavini Erkin Asrandiyev də öz vəzifəsindən imtina edib.