logo

Millimiz Monteneqroya uduzdu-0:2

18:58 10-10-2020 | icon 2289
Millimiz Monteneqroya uduzdu-0:2

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti matçını keçirib.

 YeniAvropa xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda 3-cü turda qrup lideri Monteneqronun qonağı olub.

Çempionatın birinci oyununda Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzan, ikinci turda isə Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edən millimiz bu dəfə 0:2 hesablı məğlubiyyətdən qaça bilməyib.

Qeyd edək ki, Monteneqro yığması ilk turda  Kipr (2:0), ikinci turda isə Lüksemburq (1:0) üzərində qələbə qazanıb.