logo

Dünyada koronavirusa yoluxanların sayı 37 milyon nəfəri ötüb

16:08 10-10-2020 | icon 2457
Dünyada koronavirusa yoluxanların sayı 37 milyon nəfəri ötüb

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 37 milyon nəfəri ötüb.

 YeniAvropa  pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, bu günədək dünya üzrə koronavirus infeksiyasına 37 milyon 158 min 401 yoluxma və 1 milyon 73 min 409 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 27 milyon 922 min 689 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 8 milyon 162 min 303 xəstədən 68 min 456 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 7 milyon 895 min nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yerləri tutan Hindistanda 6 milyon 979 min, Braziliyada 5 milyon 57 min, Rusiyada 1 milyon 285 min, Kolumbiyada isə 894 min nəfər COVID-19 xəstəliyinə yoluxub.

Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 218 min 661 nəfər. İlk beşliyə daxil olan Braziliyada 149 min 692, Hindistanda 107 min 450, Meksikada 83 min 507, Birləşmiş Krallıqda isə 42 min 679 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.