logo

Bişkekdə komendant saatı rejimi tətbiq olunub

11:44 10-10-2020 | icon 2422
Bişkekdə komendant saatı rejimi tətbiq olunub

Qırğızıstan hakimiyyəti ölkədə davam edən etiraz aksiyaları və iğtişaşlar fonunda paytaxt Bişkekdə komendant saatı rejimi tətbiq edib.

YeniAvropa Qırğızıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər İdarəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, Bişkekdə komendant saatı yerli vaxtla saat 21:00-dan 05:00-dək davam edəcək. Həmçinin paytaxtda yığıncaq və mitinqlərin keçirilməsi qadağan olunub.

Beləliklə, Bişkek komendaturası “vəziyyətin sabitləşməsinə əngəl törədən siyasi partiyaların və ictimai təşkilatların fəaliyyətini dayandırmaq” hüququnu əldə edib.

Xatırladaq ki,  Qırğızıstanda parlament seçkilərindən sonra kütləvi etiraz aksiyaları başlayıb. Müxalif partiyaların tərəfdarları güc strukturları ilə toqquşmalardan sonra prezident administrasiyasının da yerləşdiyi parlament binasını ələ keçirib. İğtişaşlar zamanı 1,2 min insan xəsarət alıb, bir nəfər həlak olub. Nəticədə Qırğızıstanın baş naziri Kubatbek Boronov istefa verib. Müxalifət, eyni zamanda prezidentin impiçmentini və parlamentin buraxılmasını da tələb edir.