logo

Budapeşt “Böyük dəbilqə” turnirində 17 cüdoçumuz mübarizə aparacaq

13:07 08-10-2020 | icon 2625
Budapeşt “Böyük dəbilqə” turnirində 17 cüdoçumuz mübarizə aparacaq

Oktyabrın 23-25-də Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan “Böyük dəbilqə” turnirində Azərbaycan komandası da mübarizə aparacaq.

YeniAvropa xəbər verir ki, nüfuzlu yarışda ölkəmizi 17 cüdoçu (14 kişi, 3 qadın) təmsil edəcək.

Qeyd edək ki, yarışda idmançılar “Tokio-2020” Olimpiadasına reytinq xalları da qazanacaqlar. Yarışda 80 ölkədən 624 cüdoçu iştirak edəcək.