Rəsmi Bakı Almaniya XİN başçısının açıqlamasını ədalətsiz və haqsız hesab edir
"Almaniya xarici işlər naziri Heiko Maasın atəşkəsə çağırış və Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması ciddi təəssüf və təəccüb doğurur".
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, birtərəfli qaydada atəşkəsə çağırışlar münaqişənin köklü həllinə deyil, işğala əsaslanan status-kvonun saxlanmasına xidmət edir: "Bundestaq üzvlərindən biri haqlı olaraq Almaniya Xarici İşlər nazirinə “atəşkəs problemin həlli deyil” - deyə sualla müraciət edib. İşğalçı dövlət olan Ermənistana təzyiq göstərilməlidir. Almaniyanın da üzvü olduğu Minsk Qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti atəşkəsin davamlı sülhə çevrilməsinə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasına və Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına xidmət etməmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması barədə tələblərinin həyata keçirilməsi üçün hər hansı ciddi tədbirlər görülməmişdir".
Azərbaycan XİN təəssüflə qeyd edib ki, ATƏT-in və Minsk Qrupunun üzvü kimi ölkəmizin dəfələrlə Almaniyaya müraciət etməsinə baxmayaraq, rəsmi Berlin tərəfindən münaqişənin həlli istiqamətində xüsusi fəallıq göstərilməyib: "Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədində Aİ-nin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsbit olunmuşdur. Aİ-nin aparıcı ölkəsi olan Almaniya sanki bu sənəddən xəbərsizdir. Ona görə də atəşkəs çağırışları BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən konkret qrafik əsasında çıxarılmasını nəzərdə tutan planla müşayiət olunmalıdır. Yalnız bu halda atəşkəs davamlı sülhə çevrilə bilər".
XİN-in açıqlamasında vurğulanıb ki, Azərbaycan öz ərazilərində Ermənistanın təcavüzünə cavab olaraq əks həmlələr həyata keçirir: "Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və işğala son qoyulması Azərbaycan xalqının haqlı tələbidir. İndiki şəraitdə Azərbaycana hər hansı təzyiqlərin göstərilməsi barədə açıqlamanı ədalətsiz və haqsız hesab edirik. Almaniyanı Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etmək üçün Ermənistana təzyiqlər göstərməyə, ədalətli mövqe tutmağa çağırırıq".
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq