logo

Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutur

08:55 08-10-2020 | icon 1715
Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutur

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Ölən və yaralananlar var.

 YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri bu gün həmçinin, Bərdə və Ağcabədi rayonlarının kəndlərini atəşə tutur.

Azərbaycan Ordusu düşmənin atəş nöqtələrini susdurmaq üçün adekvat tədbirlər görür.