logo

Azərbaycan–Kipr oyunu Albaniyada təşkil olunacaq

18:09 06-10-2020 | icon 2282
Azərbaycan–Kipr oyunu Albaniyada təşkil olunacaq

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilməli olan Azərbaycan–Kipr oyunu Albaniyanın Tirana şəhərində təşkil olunacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə AFFA-dan bildirilib. Qeyd edilib ki, bununla bağlı AFFA ilə UEFA arasında danışıqlar aparılırdı. UEFA oyunun hansı ölkədə keçirilməsi ilə bağlı yekun qərarını oktyabrın 6-da açıqlayıb.