logo

Ərdoğan Merkellə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

16:46 06-10-2020 | icon 2233
Ərdoğan Merkellə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında videoformatla görüş keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Türkiyə prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

Bildirilib ki, görüşdə Türkiyə-Almaniya, Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizi mövzusu, Liviyadakı vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi başda olmaqla regional məsələlər müzakirə olunub.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqları ilə bağlı problemin uzunmüddətli həlli üçün BMT-nin qərarlarının yerinə yetirilməsi və beynəlxalq hüququn tələblərinə əməl edilməsi mütləqdir. Eyni zamanda, Liviyadakı atəşkəsin yaratdığı fürsətlərin əldən verilməməsinin vacibliyi də Kansler Angela Merkelin diqqətinə çatdırıb.

Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Avropa İttifaqı Liderlər Zirvəsinin qəbul etdiyi məlum açıqlama münasibətlərdəki problemləri həll etmək, dialoq və əməkdaşlığa əsaslar yaradacaq elementlərdən kasaddır.

Türkiyənin xoşniyyətli mövqeyinə qarşı Avropa İttifaqı Yunanıstanın və Cənubi Kipr yunan rəhbərliyinin reaksiya və şantajlarına boyun əydiyini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan Avropanın böyük maraqlarının İttifaqın bir sıra üzvlərinin şəxsi maraqlarına qurban verməməsinin əhəmiyyətini vurğulayıb.