logo

Ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti uzadılıb

13:11 06-10-2020 | icon 2646
Ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti uzadılıb

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti oktyabrın 12-dək uzadılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər oktyabrın 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb edilən sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.