logo

Azərbaycanda daha 108 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

15:27 26-09-2020 | icon 2408
Azərbaycanda daha 108 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 131 nəfər sağalıb, 108 yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 39 min 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib. Aktiv xəstə sayı 1787 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 95 min 543 test aparılıb. Bugünkü test sayı isə 7965-dir.