logo

İranda daha 172 nəfər koronavirusdan ölüb

13:40 26-09-2020 | icon 2604
İranda daha 172 nəfər koronavirusdan ölüb

Son sutka ərzində İranda 3 min 204 nəfər koronavirusa yoluxub, 172 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında verib.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 443 min 86, yoluxaraq ölənlərin sayı isə 25 min 394-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 4 min 41 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 372 min 51 nəfər isə sağalaraq evə buraxılıb.

İranın 31 vilayətindən 29-u qırmızı zonaya daxildir.

Hökumət karantin rejimini yenidən sərtləşdirmək üçün tədbirlər planı  hazırlayır.