logo

İlham Əliyev məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılmasına 42,5 milyon manat ayırdı

18:55 25-09-2020 | icon 1904
İlham Əliyev məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılmasına 42,5 milyon manat ayırdı

Prezident İlham Əliyev sentyabrın 25-də  məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon manat ayrılıb.