Ramiz Mehdiyevin adamı “Sədərək Yusif” həbs ediləcək?
"Sədərək Yusif” kimi tanınan iş adamı Yusif Qədiməliyev həbs edilə bilər.
YeniAvropa xəbər verir ki, Yusif Qədiməliyevə məxsus olduğu bildirilən Altıağac Milli Parkında yerləşən "Cənnət Bağı” istirahət mərkəzinin ərazisində ağac və kolların məhv edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən başlanan cinayət işi iş adamı üçün həbs təhlükəsi yaradıb.
Qeyd edək ki, bu gün Baş Prokurorluğun yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 314.1 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaqının aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılıb.
Bu maddələrin hər üçündə cərimə və islah işləri ilə yanaşı azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur.
Yusif Qədiməliyev həm də "Sədərək” Ticarət Mərkəzinin sahibi kimi tanınır. Bəzi məlumatlara görə, artıq ticarət mərkəzi onun əlindən alınıb. İddia olunur ki, "Sədərək Yusif”in biznes sahəsindəki nailiyyətlərə görə hakimiyyətdəki himayədarlarına, xüsusilə də Prezident Admnistrasiyasının (PA) keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini daşıyan Ramiz Mehdiyevə borcludur. Bildirilir ki, Yusif Qədiməliyev AMEA prezidentinə yaxın ətrafına daxil olan şəxslərdən olub. Hətta iddia olunur ki, Ramiz Mehdiyevin də "Sədərək” Ticarət Mərkəzində payı var.
Bir müddət əvvəl isə xəbər yayılmışdı ki, AMEA rəhbəri "Cənnət Bağı” istirahət mərkəzində maral buynuzu növü ilə müalicə alır.
"Sədərək Yusif”in Ramiz Mehdiyev PA-dakı vəzifəsini itirdəndən və hakimiyyətə təsir imkanları zəiflədiləndən sonra hədəfə gəlməsi də təsadüfi hesab edilmir. Ehtimallara görə, bu Mehdiyev faktoru ilə bağlıdır.
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Azərbaycanın səfiri etimadnamələrini Qambiya prezidentinə təqdim edib
Senat ABŞ-ın Ukraynaya 61 milyard $-lıq hərbi yardımını təsdiqləyib
Rusiya müdafiə nazirinin müavini 1 milyonluq rüşvətə görə həbs edilib
Ermənistanın öz sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur-Paşinyan
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb