logo

Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı

16:48 25-09-2020 | icon 2044
Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin daha bir villası üzə çıxıb.

 YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Həbib Müntəzir soaial şəbəkədə status paylaşıb. Akademikin bu villası Qusarın Çiləgir kəndində, Qusar-Laza yolunun kənarında yerləşir. Meşənin içinə qədər uzanan 40 sotluq ərazidə tikilən malikanə 3 mərtəbəlidir.

"Fotoları Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabında paylaşıb. Qeyd edim ki, tikili 2004-cü ildən sonra tikilib. Həmçinin eyni kənddə Ramiz Mehdiyevin özünün də ayrıca hovuzlu böyük villası var”, - deyə Həbib Müntəzir bildirib.

Xatırladaq ki, bundan əvvəl o,  Ramiz Mehdiyevin Novxanıda 155 hektar ərazidə dəbdəbəli villasının olması barədə məlumat yaymışdı.