logo

Bu gün paytaxtın 2 rayonunda su olmayacaq

14:07 25-09-2020 | icon 2093
Bu gün paytaxtın 2 rayonunda su olmayacaq

Bakının Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib. Qeyd edilib ki, paytaxtın Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar sentyabrın 25-də gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr olacaq.