logo

"Əli Həsənov son 5-6 ildə prezident olmaq istəyirdi" - Sərdar Cəlaloğlu

17:28 24-09-2020 | icon 2814
"Əli Həsənov son 5-6 ildə prezident olmaq istəyirdi" - Sərdar Cəlaloğlu

“Bir müddət Əli Həsənov Ramiz Mehdiyevin kölkəsi idisə, müəyyən müddətdən sonra onun rəqibinə çevrildi”.

 YeniAvropa xəbər verir ki, bu barədə ADP sədri Sərdar Cəlaloğlu "konkret.az"a açıqlamasında bildirib.

O, prezidentin sabiq köməkçisinin FETÖ ilə sıx əlqali olmasından danışıb.  

“Mənim məlumatıma görə Əli Həsənov son 5-6 ildə Ramiz Mehdiyevin, yəni Rusiya kursundan uzaqlaşmışdı. Deyilənə görə o, Türkiyədə FETÖ ilə əlaqədə idi. Onun bununla bağlı xətti var idi. Bu da təbii ki, Ramiz Mehdiyev və Əli Həsənov arasında çox ciddi ziddiyyətlərə səbəb oldu”.

Sərdar Cəlaloğlu vurğuladı ki, I Avropa Oyunları ərəfəsində Ramiz Mehdiyev xəstələnmişdi: “Həmin dövrdə Əli Həsənovun Ramiz Mehdiyevin yerinə namizəd olması da müzakirə olunurdu. Cəmiyyətdə də onun haqqında da fikirlər var idi. Bu, onu göstərir ki, sona kimi onlar bir yerdə olmayıb. Mən dəqiq bilirəm ki, Əli Həsənov son 5-6 ildə Rusiyanın təsirlərindən çıxmışdı. Türkiyədə özü üçün dayaqlar tapmışdı. O, Ramiz Mehdiyevə qarşı mövqe nümayiş etdirirdi. Bu, nə ilə bağlı idisə, onu bilmirəm. Faktiki olaraq Əli Həsənov müstəqil bir yol tutmuşdu. Mətbuatda yayılırdı ki, guya o, hətta prezident olmaq da istəyib. Amma bu iddianın nə dərəcədə doğru olduğunu bilmirəm. Amma dəqiq bilirəm ki, o, son 6 ildə Ramiz Mehdiyevlə ayrılıb, Türkiyə ilə müəyyən qüvvələrlə əməkdaşlıq edib, əlaqəyə girmişdi”.