logo

Ali təhsil müəssisələrinə plan dolmadı- 5751 vakant yer qalıb

17:10 24-09-2020 | icon 3052
Ali təhsil müəssisələrinə plan dolmadı- 5751 vakant yer qalıb

Builki qəbulda ali təhsil müəssisələrinə nəzərdə tutulan plan yerləri dolmayıb.  

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbazsadə deyib.

O bildirib ki, bütün qruplar üzrə 5751 vakant yer qalıb.

Birinci qrupda vakant yerlərin ümumi sayı 1762-dir, ondan 1309 yer Azərbaycan bölməsi üçündür. Bu qrupda qəbulolma 88,14 faizdir. İkinci qrupda ümumilikdə vakant yerlərin sayı 3048, o cümlədən Azərbaycan bölməsində vakant yerlərin sayı 1727-dir. Qəbulolma 77,73 faizdir. Üçüncü qrupda vakant yerlərin ümumi sayı 296-dır. Azərbaycan bölməsində cəmi 1 vakant yer var. Rus bölməsində 283 vakant yer qalıb. Birgə müsabiqə üzrə 12 yer qalıb. Dördüncü qrupda ümumilikdə vakant yerlərin sayı 555, o cümlədən Azərbaycan bölməsi üzrə 400, rus bölməsi üzrə 51, birgə müsabiqə üzrə 104 yerdir. Beşinci qrupda 90 vakant yer qalıb, bu yerlərin hamısı xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Onun 46-sı Azərbaycan, 5-i rus bölməsi üzrə, 39-u birgə müsabiqə üçün təqdim edilib.