logo

Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

15:49 24-09-2020 | icon 1925
Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 133 nəfər sağalıb, 162 yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatd bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 39 min 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib. Aktiv xəstə sayı 1850 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 80 min 873 test aparılıb. Bugünkü test sayı isə 7618-dir.