logo

Ceyhun Bayramov: Regionda davamlı inkişaf üçün işğalçılıq siyasətinə son qoyulmalıdır

13:29 24-09-2020 | icon 2002
Ceyhun Bayramov: Regionda davamlı inkişaf üçün işğalçılıq siyasətinə son qoyulmalıdır

Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Ceyhun Bayramov regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən bəhs edib.

Nazir Ermənistanın pozuculuq fəaliyyətlərindən danışarkən deyib ki, açıq münaqişələr bölgənin davamlı inkişafına və sabitliyinə təhdid yaradır. Regionda davamlı inkişaf və tərəqqinin olması üçün işğalçılıq siyasətinə son qoyulmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar.

O, həmçinin qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında yüksək strateji əməkdaşlıq bölgənin inkişafına töhfəsini verəcək.